Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu
Gündəm
06 İyun 2021 19:30
1160
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
"Avtoyol.az"ın məlumatına görə, "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.
Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub.
Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 15-ci sıra ilə kifayətlənib.
Yarışın əvvəlində "Alpine"dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə "Aston Martin"dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb. 49-cu dövrədə lider olan "Red Bull" pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun idarə etdiyi bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.
2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.
Rəylər